Dairə Seçki Komissiyasının üzvü həm də deputatlığa namizəddir

BAXCP üzvü seçkilərdə ikili fəaliyyət göstərir

Source:

92 saylı Zərdab-Ucar Seçki Dairəsinin üzvü Rasim Müslüm oğlu Kərimov həm də həmin DSK-dan namizədliyini irəli sürüb. Bu fakt Mərkəzi Seçki Komissiyasının rəsmi saytında öz əksini tapıb. 1950-ci il təvəllüdlü Rasim Kərimov BAXCP üzvü kimi seçkilərə qatılıb. Lakin onun adı namizədlər siyahısında DSK üzvü kimi yox, təqaüdçü kimi göstərilib.

Bu hal Azərbaycan Respublikasının Seçki Məcəlləsinə ziddir. Belə ki, Seçki Məcəlləsinin 22-ci maddəsində göstərilir: “22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər”.

Həmçinin həmin məcəllənin 22.4-cü maddəsində bildirilir: “22.4. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir: 22.4.1. prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;”

Ana səhifəXəbərlərDairə Seçki Komissiyasının üzvü həm də deputatlığa namizəddir