Bəhruz Bayramova töhmət verilib, Elçin Sadıqova isə xəbərdarlıq edilib
Aprelin 1-də Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində vəkillər – Bəhruz Bayramov və Elçin Sadıqovla bağlı daxil olan şikayətə baxılıb.
“Report”un xəbərinə görə, iclasda B.Bayramova töhmət verilməsi, E.Sadıqova isə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.
Ali Məhkəmənin hakimi Fərhad Kərimov hər iki vəkillə bağlı VK-ya şikayət edib.