Daha iki fəal gənc saxlanılıb

Qədim Bəkirovun harada olduğu bilinmir

Source:

Qədim Bəkirovun harada olduğu bilinmir

Avqustun 18-də səhər saatlarında AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs edilib. Yaxınlarının məlumatına görə, DTX əməkdaşları F.Əhmədlini yoldan aparıblar və sonradan onun yaşadığı evə baxış keçirilib. Onlar Fuad Əhmədlinin evində olan bütün kitabları götürüblər. Gənc fəalın atasının sözlərinə görə, “Yasin necə oxunmalı” kitabı və Aziz Nesinin kitabları da götürülənlər arasında olub.

AXCP Gənclər Komitəsi baş verənləri pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, günorta saatlarına doğru Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları daha bir gəncin – AXCP Gənclər Komitəsinin Suraxanı rayonunun üzvü Qədim Bəkirovun da yaşadığı evə gələrək, onun qardaşını girov götürüblər. Daha sonra isə Qədim Bəkirovun idarəyə gəlməsi tələb edilib. Bir neçə dəqiqə sonra hadisədən xəbərdar olan Q.Bəkirov polis idarəsinə gedib və indiyə qədər ondan heç bir məlumat yoxdur.

AXCP Gənclər Komitəsi bəyanatında hakimiyyəti repressiyalara son qoymağa çağırıb.

Ana səhifəXəbərlərDaha iki fəal gənc saxlanılıb