Daha bir vəkil Murad Ədilovun müdafiəsinə qoşuldu

Yalçın İmanov heç bir istintaq hərəkəti aparılmamasından narazıdır

Source:

Yalçın İmanov  heç bir istintaq hərəkəti aparılmamasından narazıdır

Vəkil Yalçın İmanov oktyabrın 2-də Bakı İstintaq Təcridxanasında AXCP üzvü Murad Ədilovla görüşüb. Vəkil “Mediaforum” saytına bildirib ki, Murad Ədilovun ovqatı yaxşıdır, səhhətindən və saxlanma şəraitindən narazılığı yoxdur.

Amma vəkil heç bir istintaq hərəkəti aparılmamasından narazılığını büruzə verib. O, eyni zamanda, Murad Ədilovun müdafiəsinə vəkil Fəxrəddin Mehdiyevin də qoşulduğunu söyləyib: “Buna qədər onun hüquqlarını mən və vəkil Yavər Hüseyn müdafiə edirdik. Beləliklə, hazırda Murad Ədilovun üç vəkili var”.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Müdafiəçiləri AXCP üzvünün həbsini siyasi fəaliyyəti ilə bağlayır və narkotik ittihamının əsassız olduğunu bildirir.

Murad Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşıdır.

Ana səhifəXəbərlərDaha bir vəkil Murad Ədilovun müdafiəsinə qoşuldu