Daha bir təşkilat siyasi məhbus siyahısını dəstəklədi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək

Source:


“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı vahid siyasi məhbus siyasının dəstəklənməsi barədə bəyanatla çıxış edib.

Meydan TV-yə daxil olan bəyanatda bildirilib ki, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ərsəyə gətirdikləri məhbus siyahıları İşçi Qrupunun iştirakı ilə birgə siyasi məhbuslar siyahısının hazırlanmasını alqışlayır və təqdir edir.

“98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyası məhbusların sayını və real mənzərəsini əsasən əks etdirir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın ən çox vicdan və siyasi məhbusların olduğu avtoritar ölkələrdən birinə çevrilməkdədir” – deyə bəyanatda qeyd olunub.

Alyans siyasi motivlərlə həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların İşçi Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Ana səhifəXəbərlərDaha bir təşkilat siyasi məhbus siyahısını dəstəklədi