Hərbi Prokurorluq cinayət işi açdığını bildirir
İyulun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Cahid Əliyevin xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirdiyi bildirilir.
Bu barədə Hərbi Prokurorluqdan Meydan TV-yə məlumat verilib.
Bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.
“Ərazi hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib”, – deyə prokurorluq əlavə edib.
Prokurorluq əsgərin hansı rayondan olduğunu açıqlamayıb.
Bu səbəbdən Meydan TV əsgərin ailə üzvləri ilə əlaqə saxlaya bilməyib.
İyulun 10-da Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Bəkiyevin də silahdan atəş açmaqla özünü öldürdüyü deyilirdi.