Daha bir NİDA üzvü həbs edilib

“Ümman Səfərovun bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır”

Source:
Ümman Dəniz
Ümman Dəniz


“Ümman Səfərovun bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır”

NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov həbs olunub. O, bu gün, noyabrın 14-də evdən çıxarkən bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb. Polis bölməsinə aparılan Ümman Səfərova daha sonra 15 sutka həbs cəzası verilib. Məlumatı NİDA Vətəndaş Hərəkatı yayıb.

“Ümman Səfərov daha sonra Xətai rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilib. Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib”.

Hərəkat hesab edir ki, Ümman Səfərovun bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır.

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli də oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə

aparılıb.

Vəkil Elçin Sadıqov bildirmişdi ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.

NİDA Vətəndaş Hərəkatı 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Ana səhifəXəbərlərDaha bir NİDA üzvü həbs edilib