“O, Elçin müəllimdən razı olduğunu və bura qədər çəkdiyi zəhmətə görə ona minnətdarlığını bildirir”
Nida Vətəndaş Hərəkatının həbsdə olan daha bir üzvü Şahin Novruzlu da vəkili Elçin Sadıqovun müdafiəsindən imtina edib. Bu barədə onun atası İbrahim Novruzov öz “Facebook” səhifəsində məlumat verib: “Şahin neçə gündür mənə Elçin Sadıqovun vəkilliyindən imtina etdiyini deyib. Mən də yadımdan çıxarmışam. O, Elçin müəllimdən razı olduğunu və bura qədər çəkdiyi zəhmətə görə ona minnətdarlığını bildirir”.
Vəkil Elçin Sadıqov hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun hazırladığı siyasi məhbus siyahısını imzalamaqdan imtina edib. O, həmçinin müsahibə verərək, həmişə İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan edib. Müdafiə etdiyi Şahin Novruzlunun da adı həmin siyasi məhbus siyahısındadır.
Bundan əvvəl hüquqlarını müdafiə etdiyi həbsdə olan digər Nida üzvləri Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədli də Elçin Sadıqovun vəkilliyindən imtina edib.