Daha bir nəfər Leyla Yunusun işi ilə bağlı istintaqa çağırıldı

QHT rəhbəri şahid qismində ifadə verəcək

Source:

QHT rəhbəri prokurorluğa çağrılıb!

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Meydan Tv-yə hüquq müdafiəçisi özü məlumat verib. Onun sözlərinə görə, bu gün saat 12.00 radələrində özünü İstintaq İdarəsinin müstəntiqi kimi təqdim edən Elviz Salayev QHT rəhbərini idarəyə dəvət edib. Müstəntiq qeyd edib ki, Elçin Məmməd istintaqı aparılan QHT rəhbərlərindən İntiqam Əliyev və Leyla Yunus, həmçinin Soros Fondunun işi üzrə şahid qismində çağırılır. Elçin Məmməd hesab edir ki, Azərbaycanda QHT sektoru kritik günlərini yaşayır və siyasi hakimiyyət vətəndaş cəmiyyəti institutlarını çökdürməyə çalışır. Onun bu istintaqa çağırılması təsadüfi deyil və müstəqil QHT-lərə qarşı aparılan kampaniyanın tərkib hissəsidir.

Hüquq müdafiəçisi sabah səhər saatlarında  Ağır Cinayətlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verəcək.

Ana səhifəXəbərlərDaha bir nəfər Leyla Yunusun işi ilə bağlı istintaqa çağırıldı