Daha bir neçə nardaranlının məhkəməsi başlayır

İş hakim Zeynal Ağayevin icraatına verilib

Source:


İş hakim Zeynal Ağayevin icraatına verilib

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin barəsində ibtidai istintaq yekunlaşıb.

Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxslərin cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

2015-ci il Nardaranda 2015-ci il noyabrın 26-da baş vermiş hadisələrdən sonra “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digər şəxslər saxlanılıb. Taleh Bağırzadə, Abbas Hüseynov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Prokuror Taleh Bağırzadənin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Taleh Bağırzadənin müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə isə ayrıca məhkəmə prosesi keçirilir. Həmin hadisələr zamanı saxlanılan şəxslər istintaq zamanı təzyiq və işgəncələrə məruz qaldıqlarını, ittihamların saxta olduğunu bildirirlər.

Taleh Bağırzadə hakimiyyəti tənqid etdiyi üçün həbs edildiyini bildirir və ittihamlarla razılaşmır.

Ana səhifəXəbərlərDaha bir neçə nardaranlının məhkəməsi başlayır