Daha bir məmurun oğlu avtomobili ilə piyadanı vurub (yenilənib)

Piyada hadisə yerində ölüb

Source:
Hadisə törədən avtomobil
Hadisə törədən avtomobil


***


Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov oğlu 24 yaşlı Əhəd Kərimovun qəza törətməsindən danışıb.


O, unikal.org-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı oğlu hazırda istintaqa ifadə verir:


“Əvvəla oğlum icarəyə götürdüyü “Porsche Cayenne” markalı avtomobillə qəza törədib. Hadisə o, gecə işə gedən zaman olub. Avtobus yolu keçmək istəyən piyadanı vurub, atıb onun sürdüyü avtomobilin qabağına. Gedib yoxlatdıra da bilərsiz”.


Hikmət Kərimov hazırda oğlunun istintaqa ifadə veriyini söyləyib:


“Mən iş başındayam və hadisəyə heç bir müdaxilə etmirəm. Hesab edirəm ki, hadisə övladımın günahı ucbatından baş verməyib. Bütün hallarda istintaqın işinə mən necə müdaxilə edə bilərəm? Obyektiv araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək”.


Hikmət Kərimov deyib ki, övladı tələbədir və ona məxsus “Hyundai ix20” markalı avtomobil var: “Bunu gedib yoxlatdıra da bilərlər.”


***


Piyada hadisə yerində ölüb

İyulun 18-də, gecə saatlarında Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikro-avtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Məlumatı lent.az yayıb.

Xəbərə görə, aldığı zərbə piyadanı yolun hərəkət hissəsinin digər zolağına atıb. Arxadan gələn “Porsche” onun üstündən keçib. Piyada hadisə yerində keçinib.

90 HR 440 dövlət nömrə nişanlı avtomobilin sahibi Bakı sakini, 1993-cü il təvəllüdlü Əhəd Kərimovdur. O, BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Ana səhifəXəbərlərDaha bir məmurun oğlu avtomobili ilə piyadanı vurub (yenilənib)