Ruslan İzzətli Amerikada Azərbaycandakı vəziyyətdən danışır
ABŞ-da səfərdə olan D18 Hərəkatının başqanı Ruslan İzzətli ABŞ Konqresində görüşlər keçirib. Bu barədə Meydan TV-yə D18 Hərəkatının mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, Ruslan İzzətli Konqresdə Amerika Respublikaçılar Partiyasından olan konqresmen Duncan Hunterlə görüşüb.
Görüşdə Azərbaycanda demokratiyanın, insan haqlarının durumu müzakirə edilib.
Ruslan İzzətlinin açıqlamasında bildirilir ki, əsasən jurnalistlərin, hüquq müdafiəçilərin həbsi konqresmenin diqqətinə çatdırılıb: “Görüş zamanı ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen K.Smitin Azərbaycana qarşı sanksiya lahiyəsi də müzakirə olundu. Cənab Hunter bizə bildirdi ki, Konqresdə layihənin qəbul olunmasında Smitə yardımcı olacaq”.