Daha bir konqresmen Xədicə İsmayılovanın azad ediməsinə çağırıb

“Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar”

Source:


“Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar”

ABŞ Nümayəndələr Palatasının üzvü, Avropa və Avrasiya üzrə alt komitənin sədri Dana Rohrabaher Azadlıq Radiosuna qarşı təzyiqləri pisləyib.

Onun bəyanatında deyilir: “Azərbaycan dünyanın bu vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin Azadlıq Radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir.

“Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi və daha sonra radionun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur”, – deyə konqresmen vurğulayıb.

O ümidvar olduğunu bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmələr keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu ərazilərin müəyyənləşməsinə yardım edəcək.

Rorabaher X.İsmayılovanı azad etməyə çağırıb. “Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar”, – bəyanatda qeyd olunur.

Ötən həftə daha bir neçə amerikalı konqresmen X.İsmayılovanın azad edilməsinə çağırıb.

Ana səhifəXəbərlərDaha bir konqresmen Xədicə İsmayılovanın azad ediməsinə çağırıb