Daha bir konqresmen ”Azərbaycanda Demokratiya Aktı”nı dəstəklədi

Azərbaycan hökuməti nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edilməsini nəzərdə tutulur

Source:
Joe Heck
Joe Heck

Joe Heck
Joe Heck


Azərbaycan hökuməti nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edilməsini nəzərdə tutulur

Amerikalı konqresmen Co Hek (Joe Heck, respublikaçı, Nevada ştatı) cümə günü insan hüquqlarının pozulmasında rolu olan Azərbaycan hökuməti nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edilməsini nəzərdə tutan “Azərbaycanda Demokratiya Aktı”nı (HR 4264) dəstəkləyib, bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ Konqresindəki mənbə bildirib.

“Qanun layihəsinin hazırda rəsmi olaraq iki həmmüəllifi var”, deyə mənbə qeyd edib.

Turan-ın artıq məlumat verdiyi kimi, bu yaxınlarda qanun layihəsinin ilk həmmüəllifi demokrat konqresmen Luiza Sloter olub. Ötən ilin sonlarında “Azərbaycanda Demokratiya Aktı” layihəsini Konqresin Helsinki Komissiyasının sədri Kris Smit elan edib, bundan sonra 14 səhifəlik sənəd baxılması üçün Konqresin üç Komitəsinə verilib.

Lakin mənbənin məlumatına görə, “qanun layihəsinin tam səsverməyə nə zaman çıxarılacağı hələ elan edilməyib”. Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan hökumətinin ali rəhbərliyinin nümayəndələrinə və onların yaxın qohumlarına ABŞ vizaları verilməsindən imtina olunacaq. Viza sanksiyaları ölkənin ali rəhbərliyi və ya onların ailə üzvləri ilə işgüzar münasibətlərdən maliyyə mənfəəti əldə edənlərə də şamil olunacaq. Bundan başqa, insan hüquqlarının pozulmasında rolu olan hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qurumlarının və məhkəmə qollarımı nümayəndələri də sanksiyaların təsiri altına düşəcək.

Vəzifəli şəxslərin ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iclaslarında iştirak məqsədilə ABŞ-a səfərlər üçün istisnalar olunacaq.

Sanksiyalar həmçinin ABŞ tərəfindən maliyyələşdirmə, kreditləşdirmə, sığorta, Azərbaycana çoxtərəfli maliyyə yardımı verilməsi sahəsində məhdudiyyət təşəbbüslərinin irəli sürülməsini nəzərdə tutur. Bununla yanaşı, qanun layihəsində ali rəhbərlərin və onların ailə üzvlərinin ABŞ-dakı aktivlərinin dondurulması nəzərdə tutulur.

Ana səhifəXəbərlərDaha bir konqresmen ”Azərbaycanda Demokratiya Aktı”nı dəstəklədi