Orxan Məmməd

Mənbə: meydan tv

Başlıq: Orxan Məmməd

Daha bir jurnalistin sərhədkeçmə qadağası götürülüb

Məqalə yeniləndi:  22 May 2019

Jurnalist yasağın götürülməsi ilə bağlı məktub alıb

“Meydan TV”nin əməkdaşı, hazırda Avropada yaşayan Orxan Məmmədovun ölkədən çıxışına qoyulan yasaq götürülüb.

Bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən məktub gəlib.

Məlumatı jurnalist özü verib.

Məktubda bildirilib ki, “Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Orxan Çingiz oğlu Məmmədov barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub.

İndiyədək müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Abbasova, Aytac Əhmədova, Aytən Fərhadova, İzolda Ağayeva, Natiq Cavadlı, yazıçı Rasim Qaraca istintaq idarəsində olublar. Onların da ökədən çıxışına qoyulan qadağa aradan götürülüb.

Bildiriş

Bildiriş

Mənbə: meydan.tv

2015-ci ildə Meydan TV-nin məsul şəxslərinə qarşı açılan cinayət işindən sonra bu media qurumu ilə əməkdaşlıq edən bir qrup jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu illərdə 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılmış, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunmuşdu.

Mayın 3-də jurnalistlər Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya da keçirmişdilər. Onlar ölkədən çıxışlarına qoyulan qanunsuz yasağın aradan qaldırılmasını tələb edirdilər. Onları idarənin rəisi Eldar Əhmədov qəbul edib və jurnalistlərin qadağasının götürülməsi istiqamətində prosesin başlandığını, yaxın zamanlarda davam edəcəyini demişdi. Bir çox beynəlxalq təşkilatlar Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti kəskin tənqid edib.

Meydan TV ölkədə fəaliyyət göstərən xarici media qurumdur. Ölkədən çıxış qadağası qoyulmuş jurnalistlərin heç biri həmin media quruma qarşı açılan cinayət işində təqsirləndirilən şəxs deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c9a16b

Ən çox baxılan