Xalid Qarayevin harda saxlanıldığı bildirilmir
23.22 Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Oqtay Süleymanov jurnalistlərə bildirib ki, Xalid Qarayev xuliqanlıq etdiyi üçün saxlanılıb, xuliqanlığın motivi isə onun mərkəzi küçədə ünvansız söyüş söyməsi olub.
Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsində Xalid Qarayevin məhkəməsi keçiriləcək.
“Azərbaycan saatı”nın əməkdaşı, AXCP üzvü Xalid Qarayev saxlanılıb. O, özü bu barədə Facebook səhifəsində məlumat yayıb. X.Qarayev Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə aparıldığını yazıb.
Meydan TV-in bölmənin qarşısında olan əməkdaşının bildirdiyinə görə, onlara Xalid Qarayevin bölmədə olmadığı deyilib: “Binəqədi Rayon Polis İdarəsinə getdik, orda da bizə onun haqqında heç bir məlumata malik olmadıqlarını dedilər”.
Xalid Qarayev saxlanılması barədə 1 saat əvvəl status yazıb.