20 yaşlı Elmar Məmmədov Tərtərin atəşə tutulması nəticəsində dünyasını dəyişib
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü hərbçi Elmar İlham oğlu Məmmədov mayın 1-də Tərtər rayonunun atəşə tutulması nəticəsində şəhid olub. Bu barədə Meydan TV-yə şəhidin yaxınları məlumat verib. Sabunçu rayonu, Nizami İsmayılov 61/1-də yaşayan Elmar Məmmədov əslən göyçaylıdır. O, bu gün torpağa tapşırılıb.