Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılan Kamran Mayılov naməlum şəraitdə ölüb
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan Kamran Mayılov naməlum şəraitdə dünyasını dəyişib.
Media xəbərləri saytının məlumatına görə, Naxçıvanda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan Şəmkir rayon Düyərli kənd sakini Kamran Mayılov sentyabrın 8-də, doğum günündə qəza nəticəsində həyatını itirib.
Ailəsinə verilən məlumata görə, əsgərlərdən ayrılıb ki, ayaqyoluna gedir, amma çox keçməsinə baxmayaraq qayıtmayıb. Kamran Mayılovu təpədən aşaraq yıxıldığı və başının əzilərək öldüyü də də güman edilir.