Daha bir beynəlxalq təşkilatın təmsilçiləri Azərbaycana buraxılmadı

Amnesty International (AI) hökuməti “vətəndaş cəmiyyətinə sistematik təzyiqlər”ə görə ittiham edir

Source:


Amnesty International (AI) hökuməti “vətəndaş cəmiyyətinə sistematik təzyiqlər”ə görə ittiham edir

Amnesty International (AI) beynəlxalq hüquq-müdafiə təşkilatı iyunun 10-da yaydığı açıqlamada bildirilib ki, Azərbaycan hökuməti qurum təmsilçilərinin Bakıya səfərinin qarşısını alıb. Təşkilat Avropa oyunları ərəfəsində insan haqları pozuntularına etiraz planlaşdırırdı.

Amnesty International (AI) yaydığı bəyanatda deyilir ki, planlaşdırılan səfər təxirə salınmalı olub. Hökumət onlara deyib ki, təmsilçiləri oyunlar bitənədək ölkəyə buraxılmayacaq.

AI “Azərbaycan: Repressiya Oyunları. İlk Avropa Oyunlarında eşitməyəcəyiniz səslər” adlı brifinq keçirməyi planlaşdırırdı. Tədbirdə Oyunlar öncəsi müxalifət fəalları, jurnalistlər və fəallara divan tutulmasına işıq salınacaqdı.

“Avropa Oyunları ərəfəsində ölkədə tənqidi səslərin sistematik susdurulmasına həsr olunmuş brifinqin keçirilə bilməməsi çox ironik səslənir”,-deyə təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.

“Mətbuat azadlığını və Olimpiya Xartiyasında əks olunmuş insan ləyaqəti dəyərlərini irəlilətmək bir yana, bu oyunlar dünyada repressiv rejimlərin daha da əl-qolunu açır ki, belə böyük idman tədbirlərindən beynəlxalq nüfuz və hörmət qazanılması üçün bilet kimi yararlansınlar”.

Britaniyalı insan haqları fəalı Emma Hughes da iyunun 9-da Bakıya buraxılmayıb.

Amnesty International (AI) Azərbaycan hökumətini “vətəndaş cəmiyyətinə sistematik təzyiqlər”ə görə ittiham edir. Hökumət isə bu və digər hüquq müdafiə təşkilatlarının ölkəyə qarşı qərəzli kampaniya apardığını bildirir. (azadliq.org)

Ana səhifəXəbərlərDaha bir beynəlxalq təşkilatın təmsilçiləri Azərbaycana buraxılmadı