Daha bir beynəlxalq reytinqdə Azərbaycanın yeri

Bakı

Bakı

“Uzağa getməyək, Azərbaycan elə qonşu ölkələrdən də geridə qalıb”

BMT-nin Sənaye İnkişafı Təşkilatının 2018-ci il üzrə “Sənayenin rəqabətqabiliyyətliliyi” indeksində Azərbaycan 148 ölkə arasında 103-cü yerdədir.

Keçmiş SSRİ məkanından Tacikistan, Qırğızıstan və Moldova Azərbaycandan aşağıda, yerdə qalanları isə yuxarıda qərarlaşıb. Rusiya 32-ci, Litva 40-cı, Belorus 45-ci, Estoniya 50-ci, Latviya 58-ci, Ukrayna 65-ci, Qazaxıstan 67-ci, Gürcüstan 96-cı, Ermənistan 101-ci yerdədir.

İndeksdə reytinqlər 0-1 bal arasında təyin edilib: 1-ə yaxınlaşdıqca, ölkənin sənayesinin rəqabət qabiliyyətinin ən yüksək, 0-a yaxınlaşdıqca ən aşağı səviyyədə olduğu göstərilir.

Məsələn, 1-ci yerdə olan Almaniya 0.541, Azərbaycan isə 0.011 bala sahibdir.

İqtisadçı Rövşən Ağayev deyir ki, indeks 4 əsas parametr əsasında hesablanır:

“Hesablamalarda emal sənayesində yaranan əlavə dəyərin adambaşına məbləği, emal sənayesi ixracının adambaşına məbləği, ölkənin dünya üzrə emal sənayesində yaranan əlavə dəyərdə payı və ölkənin dünya üzrə emal sənayesi ixracında payı əsas götürülür. Çox uzağa getməyək, bu sahədə Azərbaycan elə qonşu ölkələrdən də geridə qalıb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ylx8o8

Ən çox baxılan