Şəmsi Kəsəmənli

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Şəmsi Kəsəmənli

Daha bir AXCP üzvü həbs cəzası aldı

Şəmsi Kəsəmənliyə 15 sutka həbs verildi

Aprelin 25-də Xalq Cəbhəsi Partiyasının Abşeron rayon təşkilatının üzvü Şəmsi Kəsəmənli 15 sutka inzibati cəza alıb.

Şəmsi Kəsəmənli haqqında hökmü Abşeron Rayon Məhkəməsi çıxarıb.

Bu barədə məlumatı partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə təsdiqləyib.

O bildirib ki, Şəmsi Kəsəmənlinin yerli polislər dünən evdən aparıblar və o, həmin vaxt təşkilat sədrinə telefonla xəbər verib:

“Səbəb sosial şəbəkədəki statusları olsa da, hansı maddə ilə cəzalandırıldığını bilmirik”.

Son 15 gündə həbs olunan AXCP fəallarının sayı 10 nəfəri keçib. Onların əksəriyyəti inzibati həbs cəzası alıb. AXCP-nin Salyan şöbəsinin fəalı Zamin Salayev isə polisin şikayətilə 2 il 3 ay azadlıqdan məhrum edilib. İnzibati qaydada həbs olunanlar arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə də var.

AXCP-dən bildirilib ki, partiya sədri Əli Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb.

Partiya sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: “Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.

Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7cj289

Ən çox baxılan