Daha bir Avropalı xadim Saxarov mükafatını Leyla Yunusa təqdim etməyə çağırıb

Qərar oktyabrın 21-də üç namizəd arasında seçim əsasında qəbul ediləcək

Source:


Qərar oktyabrın 21-də üç namizəd arasında seçim əsasında qəbul ediləcək

Aleksandr Syodin – İnsan Hüquqları Evi Fondunun (Norveç) nümayəndəsi 2014-cü il üçün Saxarov mükafatını Leyla Yunusa təqdim etmək çağırışı ilə Avropa Parlamentinə müraciət edib.

O, öz müraciətində Azərbaycanlı hüquq müdafiəçisinin ölkəsinin vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində rolunu, onun mətanətli və cəsarətli olduğunu qeyd edib. Xüsusən, onun həyat yoldaşı Arif Yunusla birlikdə saxta ittihamlarla həbs edildikdən sonra barmaqlıqlar arxasında belə pozuntulara qarşı mübarizə apardığı vurğulanır.

“Mükafatın Leyla Yunusa təqdim edilməsi Azərbaycanın 98 siyasi məhbusunun hamısına dəstək deməkdir”, – deyə müraciətdə qeyd edilir.

İndiyədək bir neçə beynəlxalq təşkilat və xadim Saxarov mükafatını Leyla Yunusa təqdim etməyə çağırıb.

Qərar oktyabrın 21-də üç namizəd arasında seçim əsasında qəbul ediləcək.

Ana səhifəXəbərlərDaha bir Avropalı xadim Saxarov mükafatını Leyla Yunusa təqdim etməyə çağırıb