Daha 45 nəfər koronavirusun qurbanı oldu

Son sutkada yoluxma sayı 3759-dur

Source: Meydan TV


Son sutkada yoluxma sayı 3759-dur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib. 53 298 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, bu günə qədər isə ümumilikdə 4 498 717 test icra olunub.

Ana səhifəXəbərlərDaha 45 nəfər koronavirusun qurbanı oldu