Daha 3 Azərbaycan idmançısı dopinqdə ”ilişdi”

Ağırlıqqaldıranların orqanizmindən götürülən analiz müsbət nəticə verib

Source:


Ağırlıqqaldıranların orqanizmindən götürülən analiz müsbət nəticə verib

Azərbaycan idmançılarında yenə dopinq aşkarlanıb.

Komanda.az

 saytının məlumatına görə, Azərbaycan yığmasının daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib. Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib.

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılar Braziliyada keçiriləcək Olimpiadaya 4 lisenziya qazanmışdı. Ancaq yığma üzvlərinin dopinqdə “ilişməsi” Olimpiadaya yolu bağlaya bilər.

6 ağırlıqqaldıranın A testi müsbət nəticələndiyindən B testi verilib. B testi də müsbət nəticələnsə, azərbaycanlı ağırlıqqaldıranlar ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.

Ana səhifəXəbərlərDaha 3 Azərbaycan idmançısı dopinqdə ”ilişdi”