Daha 1 məmur həbs edildi

Fətulla Seyidov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur

Source:


Fətulla Seyidov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur

APA-nın məlumatına görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Seyidov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərDaha 1 məmur həbs edildi