Dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək

Source:


Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək

İyunun 10-11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayonlarında havanın əsasən yağmursuz keçəcəyini bildirib:

“Ancaq gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir”.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ana səhifəXəbərlərDağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir