”Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir”

”Ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkün olmadığı haqqında fikir qəbul edilməməlidir”

Source:
foto report.az
foto report.az


”Ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkün olmadığı haqqında fikir qəbul edilməməlidir”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: nizamlanmanın əsas maneələri və perspektivləri: Ermənistandan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinə və xalqlarına müraciət qəbul ediblər.

Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. 2016-cı ilin aprelində baş verən hadisələr müharibənin bərpası riskinin böyük olduğunu göstərib, bir halda ki, hərbi məqsədlər üçün xərclənən vəsait insanların rifahının yüksəldilməsinə sərt oluna bilər.

“Ermənistan və Azərbaycan xalqları bu gərginlikdən yorulub. Biz artıq kənardan kiminsə gəlib bizə kömək edəcəyini düşünməyə son qoymalıyıq”, deyə müraciətdə bildirilir.

“Münaqişənin sülh yolu ilə həlli Azərbaycanda və Ermənistanda iqtisadi inkişafa şərait yaradacaq, bu da xalqlar arasında sülhün möhkəmlənməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir, qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır”, deyə sənəddə qeyd edilir.

Azərbaycanda 30 min erməninin sərbəst şəkildə yaşaması göstərir ki, sülh şəraitində ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur. “Ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkün olmadığı haqqında fikir qəbul edilməməlidir.

Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalıdır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir.

Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Helsinki Yekun Aktını diqqətə alaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər şey edilməlidir”, deyə sənəddə bildirilir.

Konfransda erməni dissidentlər Vaqe Asetyan və Vaan Martirosyan da iştirak ediblər.



Turan IA

Ana səhifəXəbərlər”Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir”