Dağlıq Qarabağın Azərbaycanlı icması Minsk Qrupu həmsədrlərinə müraciət edib

“Paşinyan Ermənistanın Azərbaycan ərazilərinin ilhaqı siyasətini təsdiq edib”

Source: google.az



Paşinyan Ermənistanın Azərbaycan ərazilərinin ilhaqı siyasətini təsdiq edib”

Dağlıq Qarabağın Azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində verdiyi bəyanatla bağlı məktub göndərib.

“Panerməni oyunları”nın açılış mərasimində çıxış edən Paşinyan bildirib ki, “Qarabağ Ermənistandı”. “Bununla da o, Ermənistanın Azərbaycan ərazilərinin ilhaqı siyasəti həyata keçirdiyini təsdiq edib”, – deyə müraciətdə qeyd edilir.

Müraciətdə daha sonra qeyd edilir ki, Paşinyanın münaqişənin sülh yolu ilə həllinə çalışması haqqında bəyanatı beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunu yanıltmaq, ilhaq siyasətinə bəraət qazandırmaq cəhdidir.

Müraciət müəllifləri ATƏT MQ-ni Ermənistan baş nazirinin əməllərini pisləməyə çağırırlar.

Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında ermənilərin 1988-ci ildəki “'birləşmə” şüarını təkrar edib ki, bu da Azərbaycanda kəskin etiraza səbəb olub.

Ana səhifəXəbərlərDağlıq Qarabağın Azərbaycanlı icması Minsk Qrupu həmsədrlərinə müraciət edib