Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 nəfər həlak olub

Daha iki nəfər yaralanıb

Source:

Martın 29-da Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ağdərə rayonu ərazisində mina partlayışı nəticəsində üç nəfər yerli sakin həlak olub, iki nəfər yaralanıb.

Bu barədə məlumat yayan Ermənistan mətbuatı qeyd edib ki, həlak olan və yaralananlar Böyük Britaniyanın ərazilərin minadan təmizlənməsi üzrə ixtisaslaşan “HALO Trust” təşkilatının əməkdaşları

olublar

.

“Hadisə baş verən zaman əməkdaşlar avtomobildə olublar və əraziyə baxış keçirirdilər”, – təşkilat xəbər yayıb.

Ermənistan mətbuatnın yazdığına görə, hazırda iki nəfər yaralı əməliyyat edilir.

Ana səhifəXəbərlərDağlıq Qarabağda mina partlayışı nəticəsində 3 nəfər həlak olub