Dağlıq Qarabağda Ermənistanın 2 hərbçisi öldürülüb

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətininin Voskepar kəndində isə bu gün iki nəfər minaya düşüb

Source:

Ermənistanın “news.am” saytı xəbər verir ki, dekabrın 17-dən 18-nə keçən gecə Dağlıq Qarabağda gedən döyüşlərdə iki erməni hərbçi öldürülüb. Onlar 1996-cı il təvəllüdlü Ağası Qriqoryan və 1996-cı il təvəllüdlü Ruben Aleksanyandır.

 Dekabrın 17-də Ermənistan daha bir itki verib. Hələlik müəyyən olunmamış səbəblərdən müqaviləli hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Qor İhanyan vəfat edib.

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətininin Voskepar kəndində isə bu gün iki nəfər minaya düşüb. Onlar yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Azərbaycan Ordusu da dekabrın 17-də cəbhədə itki verib. Müdafiə Nazirliyi bir hərbçinin şəhid olduğu barədə məlumat yayıb.  (APA)

Ana səhifəXəbərlərDağlıq Qarabağda Ermənistanın 2 hərbçisi öldürülüb