Dağlıq Qarabağ müharibəsi ilə bağlı yayılan videolarda başı kəsilən iki şəxsin şəxsiyyəti müəyyənləşdirilib

Eksklüziv: Ermənilər Azərbaycan qoşunları gəlmədən öncə kəndlərini tərk etməkdən imtina etdilər

Source: AFP



Eksklüziv: Ermənilər Azərbaycan qoşunları gəlmədən öncə kəndlərini tərk etməkdən imtina etdilər

Azərbaycan qoşunları tərəfindən başı kəsilən iki yaşlı adamın görüntüləri, mesajlaşmalarla yayılan video lentlərdə ortaya çıxıb və Dağlıq Qarabağda baş verən son müharibədəki ən qanlı vəhşiliyi üzə çıxarıb. Onların yaşadıqları kəndlərin sakinlərinə görə başı kəsilən ermənilər döyüşlərdə iştirak etməyiblər. Hər ikisinın başı Azərbaycan silahlı qüvvələrinin formasını geyən insanlar tərəfindən kəsilib. Cinayətə dair qısa videolar, Rusiyanın vasitəçiliyi ilə atəşkəsin qüvvəyə minməsindən bir ay sonra belə baxılmağa davam edilən pis rəftar, işgəncə və qətl videolarından biridir. Kəndlilərin “Guardian”-a verdiyi ifadələr Dağlıq Qarabağdakı erməni administrasiyasının insan hüquqları ombudsmanı və hadisəyə görə iddia qaldıracaq iki erməni insan haqları vəkilinin dedikləri ilə uyğundur.


“Guardian”

qurbanlardan birinin şəxsiyyətini qohumu vasitəsilə təsdiqləyib və digər qurbana məxsus olduğu hesab edilən pasportda ona oxşayan fotoşəkili nəzərdən keçirib. 22 noyabr və 3 dekabr tarixlərində internetə yerləşdirilən videolarda forma geyinmiş bıçaqlı əsgərlərin Azərbaycan ordusundan olduqları və qurbanların başlarını kəsdikləri görünür. Sonra kəsilmiş baş ölü heyvanın üzərinə qoyulur. "Beləliklə, intiqam alırıq – başları kəsirik" deyə videodakı bir səs deyir. Dağlıq Qarabağın Madataşen kəndinin iki sakini qurbanlardan birinin 1980-ci illərin sonlarında Azərbaycanın Sumqayıt şəhərindən kəndə köçən 69 yaşlı Gennadi Petrosyan olduğunu söyləyir.

Yerli məktəbin direktoru Gayane Petrosyan (qohumları deyil) başı kəsilən Petrosyanın ikiotaqlı evinin qarşısındakı evdə yaşayırmış. Atasının kənddə elektrik sisteminin qurulmasına kömək etdiyini və keçmiş həyat yoldaşı ilə Rusiyaya köçən oğlunun fotolarını ona göstərdiyini söyləyir. Videolardan biri haqqında "Üzünü aydın şəkildə görə bilirdim və onun olduğuna əmindim" deyib. “Guardian” əməkdaşı ayrıca videoda qurbana çox bənzəyən Petrosyanın fotosuna baxıb. Tək yaşayan Gennadi Petrosyan, Azərbaycan qüvvələri ona yaxınlaşdıqda kəndi tərk etməyə çalışıb. Qonşu onu maşınla qaçırmaq istəyəndə maşından düşüb evinə gedib.

Kəndin nümayəndəsi Eduard Hayrapetyan Petrosyanı otuz ildən çox tanıdığını və onu ailəsinin yaxın dostu kimi gördüyünü söyləyib. Petrosyan son dəfə ona oktyabrın 28-də səhər zəng vurub kənddə düşmən qüvvələrini gördüyünü söyləyib. Bir neçə həftəlik sükutdan sonra video üzə çıxıb. Ayrapetyan: "Onu kənddən çıxartdığım üçün çox üzgünəm. O, sonra geri qayıtdı və bu hadisə baş verdi",- deyib. "Özümə yer tapa bilmirəm" deyə fikrinə davam edib.

Ermənistanın dəstəklədiyi yerli hökumətin insan hüquqları üzrə ombudsmanı Artak Beglaryan, bölgədəki 35 itkin düşən şəxsin ifadələrini araşdıraraq və şəxsiyyətlərini təsdiqləyən tanışları ilə əlaqə quraraq Petrosyanın şəxsiyyətinin müəyyən etdiklərini bildirib. Beynəlxalq ictimaiyyəti münaqişədən qaynaqlanan hərbi cinayətlərin araşdırılması üçün səylərini artırmağa çağırıb. "Qərb ölkələri susur və praktik addımlar atmır" deyib. "Onun vəzifələri və bu barədə danışmaq gücü var … heç bir nəticə görmürük, onlardan heç bir proses görmürük". İnsan hüquqları üzrə vəkil Siranuş Sahakyan da Petrosyanın şəxsiyyətini təsdiq edib və həmkarı Artak Zeynalyanla birlikdə qətllə bağlı cinayət işi hazırladığını söyləyib. "Videolara baxmaq emosional cəhətdən çətindir. Peşəkar baxımdan bu çox faydalı bir dəlil ola bilər" deyən Sahakyan, videolara müdaxilə edilmədiyindən əmin olmaq üçün diqqətlə yoxlanılması lazım olduğunu söyləyib. “Amnesty International”, Ermənistanı və Azərbaycanı baş kəsmək və cəsədlərə hörmətsizlik videolarını araşdırmağa çağırıb. Təşkilat bu məqalədə araşdırılan materialın doğruluğunu yoxlamaq üçün rəqəmsal doğrulama metodlarından, həmçinin boğazı kəsilmiş bir Azərbaycan sərhədçisinin qətlinin video görüntülərini də nəzərdən keçirib. Digər videolarda əsgərlər düşmən döyüşçülərinin cəsədlərinə hörmətsizlik edirlər. Hər iki tərəf bu prosesdə iştirak etsə də, erməni əsgərlərinin və mülki şəxslərin irəliləyən Azərbaycan qüvvələrini təqib etdikləri videoları internet kanallarında getdikcə daha çox nümayiş etdirilir. İşgəncə və pis rəftarın üzə çıxması bir çoxu üçün müharibə bitdikdən sonra zorakılığın davam etməsi deməkdir. “Human Rights Watch”-un tədqiqatçısı Tanya Lokşina, "Ermənilər və azərbaycanlılar bu videolara hər gün baxırlar və hər gün ictimaiyyətə və həssaslığına yeni bir hücum dalğası göndərən yeni bir video çıxır" deyib. O, erməni əsirlərinə qarşı edilən təzyiqlərlə bağlı ətraflı bir hesabat hazırlayıb və bu ayın əvvəlində dərc edilib. “Bu travma həm də nifrət səviyyəsinin artmasına səbəb olur. Müharibənin aktiv mərhələsinin bitdiyi indiki halda belə".

Ən pis və ən çox baxılan videolardan bəzilərinin təsdiqlənməsi çox çətin olduğu sübut edildi. Dekabrın 7-də “Telegram” kanalında yayımlanan videoda Azərbaycan ordusunun formasını geyinən iki əsgərin yaşlı bir kişini ağaca sıxışdırdığını göstərir. Başqa bir əsgər bıçağı qurbanın boynunu kəsməyə başlayan təcavüzkarlardan birinə verir. Qurbanın başı video bitmədən də boynundan ayrılmağa başlayır. Azok kəndinin üç sakini bu videoda qurbanın Azərbaycan əsgərləri yaxınlaşanda 20 oktyabrda kənddən çıxmaqdan imtina edən 82 yaşlı rahib Yuri Asryan olduğunu deyir.

“O, başqaları ilə az münasibətdə idi. Sadəcə getməkdən imtina etdi" deyə 2019-cu ilə qədər kəndin başçısı olan və Asryanı tanıyan şəxslərdən biri olan Georgi Avesyan bildirib. O bildirir ki, bəlkə də Asryan nə baş verdiyini tam anlamayıb. Bir neçə gündən sonra Azərbaycan əsgərləri kəndə daxil olub və kənd 9 noyabrda imzalanan atəşkəs razılaşmasına əsasən Azərbaycanın nəzarətindədir. Keçən həftə sosial şəbəkələrdə, o cümlədən münaqişənin qanlı görüntülərini yayımlayan “Telegram” kanallarında 29 saniyəlik bir video yayımlanana qədər Asryanın taleyindən xəbər yox idi.

"Kənddən bir çox insan mənə zəng etdi və hətta illər əvvəl kənddən Ermənistana köçmüş insanlar videodakı şəxsin Asryana oxşadığını söylədilər", deyə kəndin hazırki nümayəndəsi Arayik Azumanyan bildirib. Asryanı tanıyan üçüncü bir kənd sakini deyib ki, "Videonu izlədikdən sonra özümü çox pis hiss etdim, qan təzyiqim yüksəldi, bundan sonra bir həftə özümə gələ bilmədim".

Ombudsman Beglaryan və insan hüquqları üzrə vəkil Sahakyan da Asryanın şəxsiyyətini təsdiqləyib. Ən yaxın qohumu, vaxtaşırı onu ziyarət edən yaşlı bir bacısı, Asryanın öldüyünü bilir, amma videoya baxmayıb. Asryanın qardaşı oğlu da “Guardian”a videodakının o olduğunu təsdiqləyib. Keçən ay Azərbaycanın Baş prokuroru həm Bakı, həm də Yerevan tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı ictimai istintaq başladıb. Bazar ertəsi günü ilk həbslər edilib və iki azərbaycanlı əsgəri ölən erməni əsgərlərinin cəsədlərinə hörmətsizlik etdiyinə və ikisi məzarları yıxdığına görə həbs olunub. Baş kəsmək videosu üzrə cinayət işi açıq şəkildə başlamayıb. İnternetdə yüzlərlə sui-istifadə videosu var. Sahakyan, həmkarı ilə birlikdə Avropa İnsan Haqları Məhkəməsində əsir götürülmüş erməni əsgərlərinin və mülki şəxslərlə bağlı 75 işə baxdığını , bunlardan 35-nin video dəlillərlə bağlı olduğunu söylədi. İki ölkənin hökumətləri bazar ertəsi axşamı böyük bir əsir mübadiləsi təşkil edib. Bir videoda Kamo Manasyan adlı bir kəndli sağ gözündən qan axana qədər təpiklənib. "Hələ neçə nəfər buradasınız?" deyə rus dilində pis aksentlə danışan şəxs ondan soruşub və tüfəngi Manasyanın başına dirəyib. "İstəsən məni vur" deyə Manasyan cavab verir. Əvəzində əsgər onu tüfənglə vurur.

"Bu videodakı bu qədər vəhşiliklərə baxmaq çətindi", deyə onun qardaşı oğlu Gagik bildirib. "Düşünürəm ki, bu müharibədəki uğurlarını və qazandıqlarını göstərmək üçün erməniləri aşağılamaq istəyirlər". Manasyanın bacısı Nora isə videonu izləməyə nifrət edir. "Hərbi əsirlərin bir an əvvəl qayıtmasını istəyirəm",- deyə əlavə edir. "Mən barış istəyirəm” – o əlavə edir.

Avropa Şurası İnsan Hüquqları Komissarlığının sözçüsü müharibə zamanı insan haqlarının pozulması iddialarına münasibət bildirilməsini xahiş etdikdə “Bu mərhələdə Komissarımız yalnız insan hüquqları pozuntularına toxunan video və digər materiallar əldə etdiyini söyləyə bilərik. O şəxsiyyətini ictimaiyyətə açıqlamadan vəziyyəti birinci əldən nəzərdən keçirmək istəyir. Tezliklə əraziyə səyahət planlaşdırır" deyə qeyd edib.




Mənbə: The Guardian


Ana səhifəXəbərlərDağlıq Qarabağ müharibəsi ilə bağlı yayılan videolarda başı kəsilən iki şəxsin şəxsiyyəti müəyyənləşdirilib