Dağıstanlı əsgərlər iki həkimin ölümünə səbəb olublar

Ramazan Qadzhimuradov, foto: OC Media

Təcili tibbi yardımın sürücüsü və hamısı Dağıstan əsgəri olan BMW-nin üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

OC Media yazır ki, Dağıstanlı əsgərlər, Belqorodda iki təcili yardım həkiminin ölümünə səbəb olan qəza ilə əlaqədar avtomobil idarəsinin səhlənkarlığında ittiham olunurlar.

Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, Rusiyanın qərbində yerləşən Belqorod şəhərində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil işıqforun qırmızı işığından keçərək təcili yardım maşını ilə toqquşub və nəticədə iki tibb işçisi, 38 yaşlı Olqa Lyubimova və 45 yaşlı Marina Parovişnik ölüb.

Təcili tibbi yardımın sürücüsü və hamısı Dağıstan əsgəri olan BMW-nin üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

BMW Murmansk vilayətinin Zapolyarnı şəhərindən olan keçmiş MMA uşaq məşqçisi, 28 yaşlı Ramazan Hacımuradova məxsus olub. Hacımuradov Dağıstanda anadan olub, lakin uşaqlıqdan Zapolyarnıda yaşayıb. İlkin məlumata görə, avtomobilin sürücüsü o olub.

Murmansk vilayətinin MMA Federasiyasının rəhbəri Aleksey Pokrovski hadisədən sonra yerli “Podyem” KİV-ə müsahibəsində qeyd edib ki, Hacımuradovun federasiyanın üzvü olmayıb və onun pedaqoji təhsili olmayıb. Pokrovskinin sözlərinə görə, eyni zamanda, o, Hacımuradovu şəxsən tanıyır və bildiyi qədər, Hacımuradov hazırda Rusiya Dəniz Piyadaları Korpusunda xidmət edir.

Avtomobildə Hacımuradovun dostu İsa Abduraşidovla birlikdə, digər əsgər Murad Musayev da olub. Təhlükəsiz Şəhər (TŞ) Kamerası görüntülərindən görünür ki, avtomobil boş yolda 100 km/saatdan çox sürətlə hərəkət edirmiş.

İlkin məlumata görə, BMW-nin bütün sərnişinləri və sürücüsü sərxoş vəziyyətdə olub. Onlar hazırda xəstəxanada reanimasiyadadırlar.

Belqorod sakinləri faciə yerində spontan anma mərasimi təşkil edərək, ölən həkimlərin xatirəsinə çiçəklər və şamlar qoyublar.

Zapolyarnı sakinləri Hacımuradovun əli ola biləcəyi başqa cinayətlər barədə də məlumat veriblər. Onların sözlərinə görə, o, qardaşı ilə birlikdə təcavüzkar olub; hədə-qorxu ilə pul tələb etmək, soyğunçuluq və avtomobil oğurluğu ilə məşğul olub. Onlar iddia edirlər ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dostluq etdiyi üçün bu cinayətlərin heç birinə görə heç vaxt cəzalandırılmayıb. 

Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Musayev və Hacımuradov Müdafiə Nazirliyi ilə müqavilə bağlasalar da, onlar faktiki olaraq heç vaxt cəbhədə olmayıblar, lakin indiyə qədər Ukraynada genişmiqyaslı müharibə iştirakçılarına təklif olunan sosial müavinət və ödənişləri alıblar.

Ukraynadakı müharibədə iştirak edən rus əsgərləri Rusiya ərazisində həm cəbhədə, həm də cəbhə arxasında tez-tez cinayətlərdə iştirak ediblər. Bəzən bunlar qətl və ya adam öldürmə kimi şiddətli cinayətlərdir, lakin bura ölümlə nəticələnən yol qəzaları da daxildir. Məsələn, yanvar ayında cəbhə bölgəsindən qaçan veteran Novosibirskdə ölümlə nəticələnən yol qəzası törədib. Müqaviləni imzalamazdan əvvəl o, qrup halında adam öldürmə ittihamı ilə 21 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bəzi nümunələrdə Rusiya hərbçiləri Ukraynanın işğal altındakı ərazilərində, o cümlədən mülki şəxslərin avtomobillərini oğurlayaraq ölümlə nəticələnən yol qəzaları törədiblər.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərDağıstanlı əsgərlər iki həkimin ölümünə səbəb olublar