Dağıntılar altında qalan futbolçunun cəsədi tapılıb

Ahmet Eyüp Türkaslan. Foto: “Fanatik”

Qolkiperin həyat yoldaşı dağıntılar arasından sağ çıxarılıb

Türkiyədəki güclü zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor” futbol klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

Bu barədə Türkiyənin 1-ci liqa təmsilçisinin baş məşqçisi Yılmaz Vural yerli mətbuata açıqlamasında məlumat verib.

O, 28 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Daha öncə onun həyat yoldaşı dağıntılar altından sağ çıxarılmışdı.

Türkiyədə fevralın 6-da baş vermiş güclü və silsilə zəlzələlər nəticəsində, ən son məlumatlara görə, 4544 nəfər həlak olub, 26721 nəfər yaralanıb. 

Ana səhifəXəbərlərDağıntılar altında qalan futbolçunun cəsədi tapılıb