D18 Hərəkatının Meydan TV haqda bəyanatı

D18 Hərəkatı hakimiyyətin Meydan televiziyasına qarşı qaldırdığı cinayət işinə etiraz olaraq bəyanat yayıb.

Source:

D18 Hərəkatı hakimiyyətin Meydan televiziyasına qarşı qaldırdığı cinayət işinə etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir:

“ Azərbaycan hakimiyyəti azad və tənqidi fikirləri susdurmaq üçün illərdir ki, müstəqil mətbuata və ayrı-ayrı yazarlara qarşı repressiya xarakterli siyasət yürüdür. Müxtəlif vasitələrlə ölkədə azad medianın mövcudluğuna son qoymağa çalışır. Haqqı deyən jurnalistləri həbs edir, mətbu orqanları bağlayır. Ölkəmizdə azad media yox dərəcəsindədir. Hakimiyyətin repressiv siyasətinin nəticəsidir ki, ölkədə barmaqla sayılacaq qədər haqqı nahaqqı seçə bilən müstəqil media qurumları qalıb. Bu cür qurumlardan biri də Meydan TV-dir. Meydan TV haqda açılan cinayət işi əslində rejimin azad sözə qarşı açdığı cinayət işidir. D18 Hərəkatı olaraq Meydan televiziyasına qarşı açılan cinayət işini saxta hesab edir və pisləyirik. Hakimiyyətdən tələb edirik ki, azad mətbuata qarşı apardığı repressiya siyasətinə son qoysun!”

Ana səhifəXəbərlərD18 Hərəkatının Meydan TV haqda bəyanatı