D18 Hərəkatının başqanı hakimiyyətin repressiya siyasətini pislədi

Ruslan İzzətli: “Azərbaycan hakimiyyətindən tələb edirik ki, ictimai-siyasi fəallara, o cümlədən jurnalistlərə qarşı “qohumlarını girov götürmə” əməliyyatını dayandırsın”

Source:


Ruslan İzzətli: “Azərbaycan hakimiyyətindən tələb edirik ki, ictimai-siyasi fəallara, o cümlədən jurnalistlərə qarşı “qohumlarını girov götürmə” əməliyyatını dayandırsın”

D18 Hərəkatının başqanı Ruslan İzzətli hakimiyyətin azad mətbuata və jurnalistlərə qarşı repressiya siyasətini pisləyən açıqlama yayıb.

Hərəkatın başqanının açıqlamasında bildirilir: “ D18 Hərəkatı olaraq, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahid və Meydan TV-nin rəhbəri Emin Millinin ailəsinə və yaxınlarına qarşı aparılan repressiya siyasətini pisləyirik. Bu addım bir daha göstərir ki, Azərbaycan hakimiyyəti azad medianın inkişafında maraqlı deyil, əksinə onu susdurmaq üçün bütün vasitələrə əl atır. Bu addımlar demokratik dünyadan təcrid olan hakimiyyətin durumunu daha da ağırlaşdıracaq.

D18 Hərəkatı olaraq, Azərbaycan hakimiyyətindən tələb edirik ki, ictimai-siyasi fəallara, o cümlədən jurnalistlərə qarşı “qohumlarını girov götürmə” əməliyyatını dayandırsın. Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, həmçinin beynəlxalq konvensiyalara əməl etsin. Çünki belə bir siyasət Azərbaycanla demokratik dünya arasında böyük uçurum yaradır”.

Ana səhifəXəbərlərD18 Hərəkatının başqanı hakimiyyətin repressiya siyasətini pislədi