D18 Hərəkatı vəkillərə təzyiqi pislədi

Hərəkat bəyanat yayıb

Source:


Hərəkat bəyanat yayıb

D18 Hərəkatı hakimiyyətin vəkillərə qarşı apardığı repressiya siyasətini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

“Son günlər hakimiyyətin əsas hədəflərindən biri də siyasi məhbusları müdafiə edən vəkillərdir. Artıq iki gündür ki, bir çox siyasi məhbusu müdafiə edən vəkil Elçin Sadıqov hakimiyyətin repressiv təzyiqləri ilə üz-üzə qalıb. Hakimiyyət Elçin Sadıqova qarşı bütün təzyiq vasitələrindən – kibercinayətdən tutmuş DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədələnməsinə qədər istifadə edib. Elçin Sadıqov barədə hakimiyyətə yaxın saytlarda şərəf və ləyaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Bundan başqa, vəkil Fariz Namazlı da təxribatla üzləşib. Oktyabrın 20-də Bakı Apelyasiya Məhkəməsində baş verən insidentlə bağlı məhkəmə prosesində iştirak edən şəxslərdən biri (qadın) polisə müraciət edərək vəkilin onu döydüyünü iddia edib. Qeyd edək ki, hakimiyyət əvvəllər də siyasi məhbusları müdafiə edən vəkillərə qarşı repressiya mexanizmindən istifadə edib. Məhz bu təzyiqlər vasitəsi ilə vəkillərin bir neçəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasından əsassız olaraq xaric olunub, onların peşə fəaliyyətinə əngəllər törədilib. D18 Hərəkatı olaraq peşə fəaliyyətinə görə təzyiqə məruz qalan vəkillərə qarşı bu təxribatları kəskin pisləyir və hakimiyyətdən bu repressiyalara son qoymasını tələb edirik!”

Ana səhifəXəbərlərD18 Hərəkatı vəkillərə təzyiqi pislədi