D18 Hərəkatı ofisindən çıxarıldı

Ruslan İzzətli: “Ofis sahibi dedi ki, “yuxarı”dan tapşırıq gəlib”

Source:



Ruslan İzzətli: “Ofis sahibi dedi ki, “yuxarı”dan tapşırıq gəlib”

D18 Hərəkatı Nərimanov N.Hacıyev 17a küçəsində yerləşən ofisindən çıxarılır. Meydan TV-yə bu barədə məlumatı təşkilatın sədri Ruslan İzzətli verib. Onun sözlərinə görə, hazırda ofis məcburi qaydada boşaldılır və səbəbi onlara izah edilmir:

“Dünən günün ikinci yarsında 2-si mülki geyimdə olmaqla 4 polis əməkdaşı ofisə gəlib. Mən həmin vaxt ofisdə olmamışam. Buradakı əməkdaşlara suallar veriblər, ofislə tanış olmaq istədiklərini deyiblər. Bu gün çıxmağımızı tələb etdilər. Deyirlər ki, ikinci mərtəbə satılıb, ona görə bura boşaldılmalıdır. Bildirdim ki, ən azı 10 gün əvvəldən bizə məlumat verilməli idi. Ofisin sahibi dedi ki, “yuxarı”dan tapşırıq gəlib, əgər bu gün ofisi boşaltmasanız, mənə problem yaradılacaq. Ona görə də hazırda köçmək məcburiyyətindəyik.  Özləri maşın, adam gətiriblər və bizi köçürürlər”.

Ana səhifəXəbərlərD18 Hərəkatı ofisindən çıxarıldı