Hərəkat seçkilərin nəticəsini tanımır və 2016-ci ildə yenidən keçirilməsini tələb edir
D18 Hərəkatı 1 noyabrda Milli Məclisə keçirilən seçkiləri azad, ədalətli olmdığını, nəticələrin total şəkildə saxtalaşdırdığını bəyan edir.
Bu barədə hərəkatın Meydan tv-yə daxil olan bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, hakimiyyət seçkilərdə də alternativlərinə qarşı inzibati resurslardan istifadə edərək, namizədlərin bərabərhüquqlu seçki kampaniyası aparmaq imkanları məhdudlaşdırılıb. Bu da ölkədə total repressiyalar şəraitinin bərqərar olunması fonunda həyata keçirilib.
“Bu gün Azərbaycanda 80-dən artıq siyasi məhbus var. Sərbəst toplaşma azadlığı total şəkildə məhdudlaşdırılıb. Mövcud olan bütün müstəqil və müxalif media qurumları daim təzyiq altında fəaliyyət göstəriblər. Builki seçkilər də Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa, özbaşınalığa yol verilən seçkilərdən biri kimi tarixə düşdü. Bütün dairələrdə, bütün məntəqələrdə saxtakarlıq həyata keçirildi, öncədən öyrədilmiş şəxslər “karusel” şəklində bir neçə məntəqədə bir neçə dəfə səs veriblər. Sosial şəbəkələrdə, mətbuatda yayılan foto və videolar seçkilərin hansı şəraitdə keçirildiyinin bariz nümunəsidir”,-deyə bəyanatda bildirilib.
D18 Hərəkatı seçkilərin nəticəsini tanımır, hakimiyyətdən siyasi məhbusların tezliklə azad edilməsini, azad və ədalətli siyasi mühitin yaradılmasını, parlament seçkilərinin 2016-ci ildə yenidən keçirilməsini tələb edir.
D18 Hərəkatının başqanı Ruslan İzzətlinin Seçki Qərargahı yaxın zamanda bütün faktlar toplanaraq, DSK və MSK-ya şikayət göndəriləcək. Əgər komissiya şikayəti obyektiv araşdırmasa, Hərəkat bütün daxili məhkəmə instansiyalardan keçərək Avropa İnsan Haqları Məhkəməsinə qədər hüquqi mübarizəni davam etdirəcək.