D18 Ankarada siyasi məhbuslarla bağlı tədbir keçirdi

Ruslan İzzətli: ”Dünyanın 40 şəhərində aksiyalar keçiriləcək”

Source:


Ruslan İzzətli: ”Dünyanın 40 şəhərində aksiyalar keçiriləcək”


D18 Hərəkatının Türkiyə təmsilçiliyi Ankaradakı Azərbaycan səfirliyi önündə mətbuat konfransı keçirmək istəyib. Lakin səfirliyin işçiləri və mühafizə xidməti konfransın keçirilməsinə mane olublar. Buna baxmayaraq, Hərəkat üzvləri səfirlikdən bir az kənarda konfransı keçirə biliblər.

Qurumdan Meydan TV-yə daxil olan məlumata görə, Hərəkatın başqanı Ruslan İzzətli konfrans zamanı çıxışında Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olduğuna diqqət çəkib. R.İzzətli məhbuslar içərisində gənclərin öncüllük təşkil etdiyini bildirib: “Siyasi məhbusların siyahısına baxsanız, siz orada siyasi partiya təmsilçilərinin, jurnalistlərin, gənclərin və inanclı kəsimin nümayəndələrini görə bilərsiniz. Bu insanların tək bir gunahı var, o da fərqli düşünnmələridir. Bu düşüncələrinə görə də hakimiyyət onları həbs edib. Həbs edilənlərin içərisində jurnalist Xədicə İsmayıl da var. 27 may Xədicə xanımın ad günüdür. Bununla əlaqədar dünyanın 40 şəhərində aksiyalar keçiriləcək”. R.İzzətli Türkiyə xalqına, Türkiyə siyasi partiyalarına və mətbuatına səslənərək,  Azərbaycandakı demokratiya mübarizəsinə dəstək olmalarını istəyib.

Ana səhifəXəbərlərD18 Ankarada siyasi məhbuslarla bağlı tədbir keçirdi