”Cumhuriyyet” qəzetinin baş redaktoru və əməkdaşları saxlanılıb

Redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır

Source:


Redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır

Jurnalistlərdən 13 nəfərin həbsinə order verilib

Türkiyədə “Cumhuriyyet” qəzetinin baş redaktoru Murat Sabunçu saxlanıb.

“CNN Türk” yazır ki, redaksiya rəhbərliyi və əməkdaşların evinlərində axtarış aparılır. Həmçinin 13 nəfərin həbsinə order verilib.

Qəzetin hazırda xaricdə olan baş direktoru Akina Atalay da onların arasındadır.

Prokurorluq qəzeti PKK və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda günahlandırır.

“Cumhuriyyet”qəzeti 1924-cü il mayın 5-dən dərc olunur.

Qəzetin əməkdaşları 15 iyul qiyamından əvvəl də hüquq-mühafizə orqanları tərəfindən təqib olunurdu.

Keçmiş baş redaktor Can Dundar ilin əvvəllərində dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Həmin yazı Türkiyənin Suriyada keçirdiyi əmliyyat barədə idi.

Ana səhifəXəbərlər”Cumhuriyyet” qəzetinin baş redaktoru və əməkdaşları saxlanılıb