Cüdoçuların “yalan” aksiyası (VİDEO)

Fevralın 28-də cüdoçular məvaciblərini ala bilmədiklərinə görə etiraz aksiyası keçirdilər. Onlar məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Cüdoçular deyir ki, hər dəfə bizə vəd verirlər. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. Qidalanmamız da yaxşı deyil.

Etiraz aksiyasiyası ilə bağlı martın 2-də Gənclər və İdman Nazirliyində cüdoçularla görüş təşkil olunub. Görüşdən sonra cüdoçulardan heç biri kameraya danışmaq istəmədilər. Milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədovun sözlərinə görə,3 aydır maaş almadıqları barədə xəbərlər yalandır.Normalda 5-10 gün gec olsa da, maaşlarını alırlar.

Qeyd edək ki, Azərbaycanın bir qrup cüdoçusu fevralın 28-də milli komandaların təlim-məşq bazası önündə etiraz aksiyası keçirib.

Ana səhifəVideoCüdoçuların “yalan” aksiyası (VİDEO)