“Çoxtərəfli Qrupun üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni əngəllər yaradılır”

Akif Qurbanov: “Problem MHŞT Beynəlxalq İdarə Heyətinin sədri Fredrix Reinfeldtin diqqətinə çatdırılacaq”

Source:

Akif Qurbanov: “Problem MHŞT Beynəlxalq İdarə Heyətinin sədri Fredrix Reinfeldtin diqqətinə çatdırılacaq”

“Yeni seçilmiş Mədən Sənayesi Şəffalıq Koalisiyasının Çoxtərəfli Qrupun üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni əngəllər yaradılır”.

Bu barədə hüquqşünas Akif Qurbanov “Facebok” səhifəsində yazıb.

Akif Qurbanov xatırladıb ki, yanvarın 21-də MSŞA Koalisiyası Şurası (20.01.2016 tarixli iclasında) tərəfindən yeni seçilmiş Çoxtərəfli Qrupun (ÇQ) vətəndaş cəmiyyəti üzvləri haqqında məlumat verib: “Həmçinin vurğuladım ki, indi qalır Hökumət tərəfin bu tərkiblə işləməyinə. Ümidvaram hakimiyyət gerçəklikləri qəbul edib, Koalisiya üzvlərinin iradəsi əsasında seçilmiş Şura üzvlərinin gizli səsverməsilə seçilmiş bu tərkibin fəaliyyətinə əngəl törətməyəcək. Əks halda, martda gözlənilən EITI Beynəlxalq İdarə Heyətində bizi nə gözlədiyini anlamalıyıq”.

Hüquqşünas təəssüflənir ki, problemləri gerçəkdən çözmək əvəzinə əngəl yaradılır:

“ÇQ-ya rəhbərlik edən Neft Fondunun rəhbəri Şahmar Mövsumovun görünür ya hakimiyyətin QHT siyasətini icra edən kuratorlarının təzyiqilə, ya da elə bilavasitə özünün göstərişilə Şuranın qərarlarının icrasına əngəl yaradılmaqdadır. Belə ki, ilk öncə 25 yanvar 2017-ci ildə EITI Milli Katibliyindən seçilmiş yeni üzvlərə ÇQ-un növbəti iclasının 2 fevral 2016-cı il tarixində keçirləcəyi, iclasın gündəliyini və əlaqədar sənədləri haqqında məlumat göndərildi. Lakin 27 ya var 2017-ci ildə Katiblikdən ÇQ üzvlərinə daxil olan yeni məktubda əsas etibarilə bunlar qeyd edilirdi: “…tərəflərin fərqli mövqelərini nəzərə alaraq, həmçinin MHŞT prosesində səmərəli və konstruktiv fəaliyyətlərin həyata keçirilməsinin davam etdirilməsi və bütün müxtəlif mövqeləri inklüziv şəkildə nəzərə alınması üçün Çoxtərəfli Qrupun vətəndaş cəmiyyəti tərəfindən 2016-cı ildəki üzvlərini və cari ilin 21 yanvar tarixindən bizə təqdim edilmiş yeni üzvlərini Çoxtərəfli Qrupun 2 fevral tarixində keçiriləcək növbəti iclasına dəvət etmək istərdik. İclas zamanı üzvlüyə dair və digər aidiyyatı məsələlərin müzakirə edilməsini təklif edirik”. Bu məlumat daxil olan kimi Koalisiyanın Koordinatoru tərəfindən “Sizin bizə ünvanladığınız məktubun 2-ci abzasının yersiz olduğunu bildirərək xatırlatmaq istəyirəm ki, MHŞT-nin 1.4. Standartınını b) bəndində göstərilir ki, “Hər bir maraqlı tərəf plüralist və dəyişkən təmsilçilik istəyini nəzərə alaraq, öz nümayəndəsini seçmək hüququna malik olmalıdır. MHŞT-yə Çoxtərəfli Qrupun üzvləri kimi cəlb edilmiş vətəndaş cəmiyyəti qrupları əməliyyat və siyasət baxımından dövlətdən və/yaxud digər şirkətlərdən azad olmalıdırlar”. Odur ki, təklif edirəm ki, iclas zamanı üzvlüyə dair və digər aidiyyatı məsələlərin müzakirə edilməsini təklifinizi geri götürə və nəzərə alasınız ki, bu məsələ ÇQ iclasının predmeti ola bilməz. Bu cür müzakirələri tərəflər yalnız öz daxillərində apara bilərlər” cavabı göndərildi. Lakin nəticənin necə olacağı hələlik qeyri-müəyyəndir. Göründüyü kimi, Koalisiyanın idarə olunmasına nəzarəti itirən hakimiyyət təmsilçiləri süni, qanunsuz və standartların tələbinə zidd olaraq manelər yaratmaqdan əl çəkmirlər”.

Akif Qurbanov bildirib ki, şuranın 31 yanvar iclasında da yeni seçilmiş ÇQ-nin üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni olaraq yaradılmış problemdən narahatlılıq ifadə olunub: “Fevralın 1-də Bakıya səfər edəcək, MHŞT Beynəlxalq İdarə Heyətinin sədri Fredrix Reinfeldtlə görüşdə bu məsələ və digər aktual problemlər onun da diqqətinə çatdırılacaqdır”.

Ana səhifəXəbərlər“Çoxtərəfli Qrupun üzvlərinin mandatının təsdiq olunması ilə bağlı süni əngəllər yaradılır”