“Mən üzv dövlətləri, əsasən bunu heç vaxt etməyənləri məsələnin həlli üçün səsini qaldırmağa, siyasi nüfuzundan istifadəyə çağırıram”
“Bizim Azərbaycana göstərdiyimiz təzyiq elə də böyük deyil. Ancaq bu, heç də bizim Azərbaycana təsir göstərmək cəhdlərindən imtina etməyimiz anlamına gəlmir”, – Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han mayın 28-də Brüsseldə Konrad Adenauer Fondunun forumunda bildirib.
Bu açıqlamanı Azadlıq Radiosu yayıb.
Komissar etiraf edib ki, Aİ nümayəndələri bu məsələləri Azərbaycan prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin qarşısında qaldırırlar. Lakin tərərlər arasında fikir ayrılığı var.
“Ancaq bir şeyi də deməliyəm ki, bəzi Aİ dövlətlərinin təmsilçiləri – çox yüksək çinli siyasətçilər – ikitərəfli görüşlərində heç vaxt bu məsələyə toxunmayıblar.Məsələni izləyən elə Avropa İttifaqıdır. Mən üzv dövlətləri, əsasən bunu heç vaxt etməyənləri məsələnin həlli üçün səsini qaldırmağa, siyasi nüfuzundan istifadəyə çağırıram”, – komissar vurğulayıb.