Qlobal araşdırmada virusdan qorunmağın effektli yolları açıqlanıb
Maska taxmaq COVID-ə yoluxmanı 53 faiz azaldır.
Paralel olaraq əlləri yumaqla 50 faizdən çox, sosial məsafə saxlamaqla isə 25 faiz yoluxmanın qarşısını almaq mümkündür.
“The Guardian” yazır ki, bu sahədəki ilk qlobal araşdırma maska taxmağın COVİD-lə mübarizədə yeganə ən güclü ictimai sağlamlıq tədbiri olduğunu ortaya qoyub.
Həmin araşdırmada bildirilir ki, peyvəndlər təhlükəsiz, effektivdir və dünyada bir çox insanın həyatını xilas edib.
O da doğrudur ki, əksəriyyəti 100 faiz qoruma təmin etmir. Bir çox ölkədə hamı peyvənd olunmayıb və peyvəndlərin virusun yeni ortaya çıxan variantları üzərində effektli olması məlum deyil.
Dünyada COVİD-ə yoluxanların sayı bu ay 250 milyonu ötüb.
Virusun sürətli yayılan Delta ştammı dünyada hər 90 gündə 50 milyon nəfəri yoluxdurur və bir gündə minlərlə adamın ölümünə səbəb olur.
“Hazırda dərmandan kənar müdaxilələrin sistemli araşdırılması və meta analizi (bir neçə elmi araşdırmanın nəticəsinin birləşdirilməsindən yaranan hesabat) maskadan istifadənin, sosial məsafənin və əl yumanın yoluxmanı əngəllədiyini ortaya qoyub. Bunların içində ən təsirlisi isə maska taxmaqdır”, – “The BMJ” araşdırmacıları bu qənaətdədir.
Monash və Edinburgh Universitetlərindəki araşdırmaçılar sərhədlərin, məktəblərin və iş yerlərinin qapadılması kimi çoxyönlü önləmlərin əhali üzərindəki potensial mənfi nəticələrini dəyərləndirmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyib.
Xalqın sağlamlığı və ya dərmandan kənar müdaxilələrin qrip kimi tənəffüz yolu infeksiyalarıyla mübarizədə faydalı olduğu məlumdur.
Dünyanın əksər ölkələri bunları COVID-ın yayılmasının qarşısını almaq üçün istifadə etməyə başlayıb. Ancaq indiyə qədərki araşdırmalar, mütəxəssislərin belə önləmlərin COVID-lə mübarizədəki effektivliyi haqqında qəti nəticə çıxarmağa imkan verəcək qədər möhkəm olmayıb.
Müxtəlif ölkələrdə 30-dan çox araşdırmanın nəticələri analiz edilib. Nəticə eynidir: maska taxmaq, əlləri tez-tez yumaq, sosial məsafə saxlamaq.
Bunlarla COVID-dən qorunmaq müəyyən qədər mümkündür.
Araşdırmada bildirilir ki, maska taxmaq pandemiyanın ilk dönəmlərində bir çox ölkədə mənimsəndi. Ancaq 2 il sonra insanlar çox diqqət etməməyə başladı. Nəticə etibarilə bu gün yenə eyni yerdədirlər.
Məsələn, Niderland hökuməti bu ay yoluxma sayını azaltmaq məqsədilə maskadan istifadəni məcburi edən qərar qəbul edib.
Ruminya, Çexiya, Slovakiya və Polşa da yaxın zamanda maska taxma qaydalarını sərtləşdirib.
Yoluxma sayında kəskin artım olan Macarıstan da qapalı məkanlarda maska taxmaq qaydasına qayıdıb.
İngiltərədə sağlamlıq ortamları və baxım evlərindən başqa maska taxmaq məcburiyyəti iyul ayından sona çatıb.
Şotlandiyada mağazalarda, ictimai nəqliyyatda, barlarda, restoranlarda maska taxılması məcburidir.
İngiltərənin Baş naziri Boris Johnson bu ay bir xəstəxana ziyarəti zamanı maskasız çəkdirdiyi şəklə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tənqidinə tuş gəlib.
O, maskasız gəzdiyi şəkilləri ilə bağlı suala cavab olaraq belə deyib:
“Böyük miqdarda virusun ötürüldüyü yerdə hamı bunun qarşısını almaq üçün əlindən gələni etməlidir. Virusu almaq və ya təsadüfən ötürmək olmaz. Biz bilirik ki, üz maskası taxmaq, sosial məsafə saxlamaq, əlləri yumaq riski azaldır. Bəli, biz bunların hamısını etməliyik və təkbaşına peyvənd kimi heç bir müdaxiləyə güvənməməliyik”.