Əhməd Şirinzadə

Mənbə: Facebook

Başlıq: Əhməd Şirinzadə

COVİD 19 daha bir həkimin həyatına son qoydu

Məqalə yeniləndi:  11 İyul 2020

58 yaşlı Əhməd Şirinzadə vəfat edib

Sumqayıt Şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin şöbə müdiri Əhməd Şirinzadə vəfat edib. Onun koronavirus infeksiyasına yoluxduğu bildirilir. Bu barədə Meydan TV-yə həkimin yaxın qohumu, jurnalist Natiq Cavadlı məlumat verib. Onun sözlərinə görə, 58 yaşlı Əhməd Şirinzadəylə birlikdə onun həyat yoldaşı da virusa yoluxub. Lakin yoldaşı sağalsa da, həkimin həyatını xilas etmək mümkün olmayıb. O, Bakıdakı xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə alırmış. Əhməd Şirinzadə iyulun 11-də həyatını itirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, iyulun 11-də 6 nəfər infeksiyaya yoluxma diaqnozu ilə vəfat edib. Gün ərzində 531 adam COVID-19 infeksiyasına yoluxub, 514 nəfər müalicə olunaraq evə buraxılıb.

Rəsmi məlumatda deyilir ki, Azərbaycanda indiyə qədər 23 min 521 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 pasiyent isə ölüb. Hazırda 8 min 616 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

Operativ qərargah son sutkada 8045, ötən müddətdə isə ümumilikdə 560356 testin aparıldığını qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5go7cs

Ən çox baxılan