COVİD 19 Azərbaycanda daha 7 nəfərin həyatına son qoydu

“Bugünkü test sayı isə 8429-dur”.

Source: Архив


Bir gündə infeksiyaya yoluxma sayı 412 oldu

İyulun 28-də Azərbaycanda 412 adam COVİD-19 infeksiyasına yoluxub, 631 nəfər sağalıb, 7 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 30 min 858 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 23 min 873 nəfər müalicə olunaraq sağalıb, 430 pasiyent ölüb. Hazırda akiv xəstə sayı 6555 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 698 min 815 testin aparıldığı qeyd edilib:

“Bugünkü test sayı isə 8429-dur”.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda daha 7 nəfərin həyatına son qoydu