COVİD 19 Azərbaycanda daha 4 can aldı

338 nəfədə koronavirus infeksiyası aşkarlanıb

Source: danielfoster437 tərəfindən CC-BY-NC-SA 2.0 ilə lisenziyalaşdırılmışdır. Bu lisenziyanın surətinə baxmaq üçün: https://creativecommons.org/licenses/by-nc-sa/2.0/.

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 nəfər həyatını itirib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 10662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

İyunun 16-da 4801 koronavirus testi aparıldığı bildirilir.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda daha 4 can aldı