Bir gündə virusa yoluxma sayı 126 olub
Avqustun 31-də Azərbaycanda 126 adam COVİD-19 infeksiyasına yoluxub, 144 nəfər müalicə olunaraq edə buraxılıb, 3 pasiyent ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 36 min 435 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 33 min 847 nəfər müalicə olunaraq sağalıb, 534 pasient vəfat edib. Aktiv xəstə sayı 2054 nəfərdir.
Operativ qərargah ötən müddətdə 922 min 69 testin aparıldığını qeyd edib:
“Bugünkü test sayı isə 5042-dir”.