COVİD-19 Azərbaycanda: Bir gündə 37 ölüm, 1101 virusa yoluxma

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 testin aparıldığını qeyd edib.

Source: Архив


4209 nəfər müalicə olunaraq sağalıb

Dekabrın 29-da Azərbaycanda 37 nəfər COVİD-19 infeksiyasından ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 1101 adam yeni koronavirusa yoluxub, 4209 nəfər müalicə olunaraq sağalıb.

Operativ qərargah Azərbaycanda indiyədək 216 584 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 37 781 nəfərdir”.

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialCOVİD-19 Azərbaycanda: Bir gündə 37 ölüm, 1101 virusa yoluxma