COVİD 19 Azərbaycanda: Bir gündə 152 yoluxma, 1 ölüm

Ötən müddət ərzində 878 min 667 test aparılıb

Source: Reuters


Azərbaycanda daha 111 nəfər sağalaraq evə buraxılıb

Avqustun 24-də Azərbaycanda koronavirus infeksiyasına 152 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, daha 111 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək Azərbaycanda 35 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib. Aktiv xəstə sayı 1803 nəfərdir.

Ötən müddət ərzində 878 min 667 test aparılıb. Bugünkü test sayı isə 4890-dır.

Ana səhifəSosialCOVİD 19 Azərbaycanda: Bir gündə 152 yoluxma, 1 ölüm